1 milyon insan Türkiyə istiqamətində irəliləyir - Ərdoğan göstəriş verdi

1 milyon insan Türkiyə istiqamətində irəliləyir - Ərdoğan göstəriş verdi
20:23 3 Fevral 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

“1 milyon insan Türkiyə sərhədi istiqamətində irəliləyir”.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə Kiyevdə təşkil olunan mətbuat konfransında belə deyib. O bildirib ki, İdlibdəki vəziyyətə görə, insanlar evlərini tərk etmək məcburiyyətində qalıb. Türkiyə-Suriya sərhədində qaçqınların yerləşdirilməsi üçün hazırlıqların davam etdiyinə diqqət çəkən Ərdoğan, əlverişsiz hava şəraitinə görə qaçqınların çətinliklərlə üzləşdiyini bildirib. Onlara lazımi dəstək göstərilir.

Ərdoğan bu gün səhər saatlarında Suriya ordusunun Türkiyə hərbçilərini ağır silahlarla atəşə tutmasını bir daha qınayıb. O, hücum nəticəsində ölənlərin sayının 8 nəfərə çatdığını əlavə edib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/303816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR