SON DƏQİQƏ: İranlı komandan öldürüldü - Qasım Süleymaninin yaxın dostu...

SON DƏQİQƏ: İranlı komandan öldürüldü - Qasım Süleymaninin yaxın dostu...
23:33 3 Fevral 2020
113 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Asqar Paşapor Suriyada həlak olub.

Publika.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının internet səhifəsi ordudakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, komandan müxalifət qüvvələri ilə döyüş zamanı həlak olub. İranlı komandanın İdlib yaxınlığında gedən döyüşlər zamanı öldüyü güman edilir. Bildirilir ki, Asqar Paşapor ABŞ ordusu tərəfindən Bağdadda öldürülən “Qüds” qüvvələri komandanı Qasım Süleymani ilə yaxın dost olub.

Qeyd edək ki, bu günə qədər İran ordusunun Suriyada 2400 itki verdiyi irəli sürülür.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/303827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR