Eldəniz Səlimov seçicilərlə növbəti görüşünü keçirib (FOTO)

Eldəniz Səlimov seçicilərlə növbəti görüşünü keçirib (FOTO)
13:29 4 Fevral 2020
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Adil oğlu Səlimov "Azərxalça" ASC-nin Xaçmaz filialındakı sexində seçicilərlə görüş keçirib.

Trend-in məlumatına görə, görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev açıb.

"Ölkəmizdə möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Bütün bunlara görə möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk", - deyə təşkilatın sədri bildirib.

O, Milli Məclisə deputatlığına namizəd Eldəniz Adil oğlu Səlimovun ötən çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə Milli Məclisin üzvlüyünə namizəd Eldəniz Səlimov, seçki qərargahının üzvü Nazim Ağayev, Səlimə Hacıyeva və başqaları çıxış edərək, ölkə rəhbərlərinin həyata keçirdiyi ardıcıl uğurlu siyasətdən, ölkəmizin inkişafından, insanların rifahının yaxşılaşmasından, sosial paketin daima həyata keçirilməsindən, ölkə vətəndaşlarına dövlətin rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.

Bildirilib ki, 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verməklə partiyaya, dövlətimizə, onun uğurlu siyasətinə və nəhayət Heydər Əliyev ideyalarına və xalqımızın gələcəyinə, xoş güzəranına səs vermiş olacağıq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3186714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR