Əfqanıstanda 18 ABŞ generalı öldürüldü

Əfqanıstanda 18 ABŞ generalı öldürüldü
15:33 4 Fevral 2020
32 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Təyyarəni “Taliban” silahlıları vurub. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “Əyatulla Mayk” ləqəbli Maykl Dandria adlı nümayəndəsi də olub.

O, Kəşfiyyat İdarəsinin İran üzrə rəhbəri vəzifəsini tutudu. M.Dandria həmçinin general Qasım Süleymaninin qətlinin təşkilatçısı sayılır.

M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymani bu il yanvarın 3-ü ABŞ-ın raket zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülüb. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/303904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR