Ramil Şeydayevin şikayəti təmin edildi - "Dinamo"nun qarşısına şərt qoyuldu

Ramil Şeydayevin şikayəti təmin edildi - "Dinamo"nun qarşısına şərt qoyuldu
09:42 6 Fevral 2020
97 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya Futbol İttifaqı "Dinamo"ya yeni transferlərini qeyddiyatdan keçirməyi qadağan edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, buna Moskva təmsilçisinin Ramil Şeydayevlə müqaviləni xitam verərkən öhdəliklərə əməl etməməsidir.

Federasiyanın qərarına əsasən, "Dinamo" Şeydayevin müqavilə öhdəlikləirini tam yerinə yetirdikdən sonra qadağa aradan qalxa bilər.

RFS Şeydayevin əmək müqaviləsinin əsaslandırılmamış səbəblər olmadan pozulmasına və kompensasiya tələbinə dair ərizəsini qismən təmin edib. RFS-in Mübahisələrin Həlli Palatası Şeydayevin öhdəliklərini müəyyənləşdirib.

23 yaşlı hücumçu 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Qış fasiləsində paytaxt təmsilçisi azərbaycanlı futbolçunun müqaviləsini ləğv etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/823599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR