Bakı, 21 may, AZƏRTAC
Rusiyanın Vladiqafqaz şəhərində Azərbaycanın ən istedadlı futbolçularından biri olmuş, hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində çalışan Nazim Süleymanovun 50 illik yubileyi qeyd ediləcək.
AZƏRTAC xəbər verir ki, N.Süleymanovun vaxtilə çıxış etdiyi “Alaniya” klubunun rəhbərliyinin təklifi ilə mayın 24-də bu komandanın və “Neftçi”nin veteran futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək.
N.Süleymanovun müraciətinə əsasən, “Neftçi”nin veteranlarının səfəri mayın 23-dən 25-dək AFFA tərəfindən təşkil olunacaq.