Doğum günündə Ronalduya "Gelandewagen" hədiyyə olundu - VİDEO

Doğum günündə Ronalduya "Gelandewagen" hədiyyə olundu - VİDEO
12:42 6 Fevral 2020
127 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un futbolçusu Kriştianu Ronalduya 35 illik yubileyi münasibətilə dostları və yaxınları yeni avtomobil hədiyyə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu dünən ad gününü qeyd etdikləri restoranın çıxışında böyük qırmızı sarğı ilə bəzədilmiş "Gelandewagen" avtomobili görüb. Ronaldo bu hədiyyə çox sevinib və onu portuqal dilində təbrik edən yaxınlarına təşəkkür edib.

Ronaldunun xanımı Corcina Rodriqes "İnstaqram" hesabında oyunçuya hədiyyənin verilmə anı ilə bağlı video paylaşıb. O, videoya "Həyatımın kişisini təbrik edirəm" sözlərini yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/823649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR