Dörd Çin nəhəngi “Google”a qarşı güclərini birləşdirir

Çinin “Huawei”, “Xiaomi”, “Oppo” ve “Vivo” kimi dörd böyük smartfon şirkəti “Google”a qarşı hərəkətə keçib.

Metbuat.az bildirir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda “qara siyahı”ya salınan və bu çərçivədə yeni telefonları üçün “Google”dan “Android” lisenziyası ala bilməyən Çinin “Huawei” şirkətinin rəhbərliyində “Xiaomi”, “Oppo” və “Vivo” şirkətləri “Global Developer Service Alliance” (GDSA) ətrafında güclərini birləşdirir.

Bu dörd şirkətin əməkdaşlığı ilə həyata keçiriləcək təşəbbüs “Google”un “Google Play Store”una rəqib olacaq.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR