Premyer Liqada ayın futbolçusu müəyyənləşdi

Premyer Liqada ayın futbolçusu müəyyənləşdi
19:17 7 Fevral 2020
270 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.

Milli.Az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Serxio Aquero ötən ayın ən yaxşısı seçilib.

Argentinalı futbolçu karyerasında 7-ci dəfə bu mükafata sahib çıxıb. Daha öncə Stiven Cerrardla ("Liverpul"), Harri Keyn ("Tottenhem") 6 dəfə bu ayın oyunçusu seçilmişdilər. 31 yaşlı futbolçu bu göstəricidə rekorda sahib olub.

Aquero ötən ay 3 oyuna 6 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/824031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR