Vida mərasimi stadionda keçiriləcək

Vida mərasimi stadionda keçiriləcək
22:42 7 Fevral 2020
299 İdman
Ölkə mətbuatı
A- A+

Faciəvi şəkildə dünyasını dəyişən amerikalı basketbolçu Kobi Brayantla vida mərasimi fevralın 24-də keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərasim "Los Angeles Lakers" basketbol klubunun ev stadionu "Staples Center"də baş tutacaq. Belə ki, əfsanəvi idmançı oyunlarının çoxunu məhz həmin stadionda keçirib.

Xatırladaq ki, 41 yaşlı Kobi Brayant yanvarın 26-da Kalabasasda (Kaliforniya ştatı, ABŞ) aviaqəzada həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, 13 yaşlı qızı və daha 7 nəfər olub. Onların heç biri sağ qalmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/823890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR