Gənc cüdoçuların Bakı birinciliyinə yekun vuruldu

Gənc cüdoçuların Bakı birinciliyinə yekun vuruldu
09:52 8 Fevral 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

Hövsanda yerləşən FHN İdman Kompleksində keçirilən 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı birinciliyinə yekun vurulub.
"Report"un məlumaına görə, turnirin sonuncu günündə 8 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər bəlli olub.
Əmrah Səlimli (60 kq), Elcan Şəfiyev (73 kq), Kamran Novruzov (90 kq), Kənan Nəsibov (+100 kq) oğlanların mübarizəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Qızların yarışında isə Vüsalə Kərimova (48 kq), Vüsalə Hacızadə (57 kq), Rahidə Cavadova (70 kq) və Firuzə Hacıverdiyeva (78+kq) çempion olublar. 
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları təqdim olunub.
Qeyd edək ki, 2 gün davam edən Bakı şəhər açıq birinciliyində 25 klubdan 217 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/genc-cudocularin-baki-birinciliyine-yekun-vuruldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR