Gürcüstanın hava limanlarında sərnişindaşıma azalıb

Gürcüstanın hava limanlarında sərnişindaşıma azalıb
14:32 10 Fevral 2020
57 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ay Gürcüstanın hava limanları 314 079 sərnişinə xidmət göstərib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Birləşmiş Hava Limanları Birliyindən bildirilib.
İllik müqayisədə sərnişin axınında 3% azalma qeydə alınıb.
Yanvarda Tbilisi hava limanından başqa bütün beynəlxalq və yerli aeroportlarda sərnişinlərin sayı artıb.
Hesabat ayında Tbilisi beynəlxalq aeroportunda 211 590 sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% azdır.
Azalmaya əsas səbəb ötən ilin iyulun 8-dən Rusiyanın Gürcüstanla birbaşa aviauçuşları dayandırması olub. Koronavirusa görə Gürcüstanın Çinə uçuşları qadağan etməsi də sərnişin axınında azalmaya gətirib çıxarıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-hava-limanlarinda-sernisindasima-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR