U-17 yığması Danimarka klubu ilə məhsuldar heç-heçə etdi

U-17 yığması Danimarka klubu ilə məhsuldar heç-heçə etdi
19:22 10 Fevral 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Samir Əliyevin başçılıq etdiyi kollektiv Danimarkanın "Hellerup" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqlənib.
Qeyd edək ki, Azərbaycan yığması toplanış çərçivəsində keçirdiyi ilk yoxlama matçında Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə heç-heçə edib - 1:1.
Elnur Salahov

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-yigmasi-novbeti-yoldasliq-oyununu-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR