Həkim öz uşağını belə sağaltdı - Autizmdən çıxış yolu

Həkim öz uşağını belə sağaltdı - Autizmdən çıxış yolu
23:05 10 Fevral 2020
107 Ölkə
Ölkə mətbuatı
A- A+

"Autizmlə yanaşı, şizofreniya, dispraksiya, disleksiya, depresiya, diqqət çatışmazlığı və hiperaktivlik, epilepsiya kimi xəstəliklər bağırsaq florasının pozulmasına görə beynin toksinləşməsi nəticəsində yaranır".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Nevroloq doktor Natasha Campbell-McBride bildirib:

"Tibb elmi, xəstəlikləri ayrı-ayrı qutulara qoyur, beyin və bağırsaq arasındakı əlaqəyə isə çox zaman baxmır. Bu tarazlıq antibiotiklər tərəfindən pozulur. Təcili və həyati vəziyyətlərdə təbii ki, dərman və həkimlərə ehtiyac var. Ancaq doğru şeylər yeyiriksə, bir çox xroniki xəstəlik sağalacaq"

Doktor bildirib ki, öz uşağına autizm xəstəliyi dioqnozu qoyulduqdan sonra o araşdırmalarını daha da gücləndirib.

"O zaman autizmli bütün uşaqların bağırsaq florasında problem olduğunu anladım. Əgər bu floranı inkişaf etdirsəm, autizm yox olacağını başa düşdüm. İndi autizm diaqnozu qoyulan uşağımın 21 yaşı var, universitetə gedir və çox sağlamdır. Ancaq indi bütün dünyada minlərlə autizmli uşağın həyatını xilas etməyə çalışıram".

Bağırsaq flosarı və xəstəliklər haqqında danışan doktor bildirib ki, autizmlə doğulan uşaqlar 100% sağlam beyinlə doğulur.

"Uşaqlarda bağırsaq florası normal olmayanda onlar yediklərini həzm edə bilmir və yedikləri pis fotogenlərə çevrilir. Bu fotogenlər qana əmilir və beyin bu toksinlərlə zəhərlənir".

Həkim bildirb ki, nə yediyimizdən asılı olmayaraq, bir çox xəstəlik üçün müalicə üsulu olaraq hazırlanmış pəhrizlər daha məqsədəuyğundur. Onun sözlərinə görə heç də həmişə həkimlər və dərmanlar yardım etmir:

'Təcili və həyati vəziyyətlərdə klassik tibbə və dərmana ehtiyac var. Xroniki uzun xəstəliklərdə isə klassik dərmanlar gedə biləcəyiniz son ünvandır. Əvəzində hətta nənəniz sizə daha çox kömək edəcəkdir.

"Diyetanızı dəyişdirin, təbii otlardan istifadə edin, kimyəvi maddələrdən uzaqlaşın. Günəşə çıxın. Yalnız təbiət şəfa verir. İnsan bədəni çox gözəl bir yaradılışdır və bütün şəfa proqramları insanın bədəndədir. Sizi həkim yox öz bədəniniz sağaldır. Bədəniniz bu işi görərkən isə, həkimlər sadəcə sizi əyləndirir. Unutmayın! Dünyada möcüzəvi bir dərman yoxdur."

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/824596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR