Bakıda axtarışda olan 10 nəfər tutuldu

Bakıda axtarışda olan 10 nəfər tutuldu
09:23 12 Fevral 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsi ötən gün paytaxt ərazisində qeydə alınan cinayət hadisələri barədə statistanı açıqlayıb.

Publika.az idarəyə istinadən xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də 7 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 10 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 1, oğurluq üzrə 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/304708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR