Rusiyanın şanson ifaçıları Bakıya gəlir -

20 il əvvəl “Radio Şanson” tərəfindən təsis edilmiş ənənəvi “İlin şansonu” mükafat tədbiri Bakıda keçiriləcək.

Metbuat.az xəbər verir ki, musiqili gecə mayın 2-də Bakı Konqres Mərkəzində baş tutacaq.

Konsertdə Mixail Bublik, Tamara Qverdtsiteli, İrina Kruq, Denis Maydanov, Aleksandr Marşal, Taisiya Povali, Alyona Petrovskaya çıxış edəcək.

Qeyd edək ki, “İlin şansonu” mükafatının ilk təqdimetmə mərasimi 2002-ci ildə Dövlət Kreml Sarayının səhnəsində təşkil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR