Ermənistanın baş məşqçisi istefa verdi

Ermənistan milli komandasının baş məşqçisi Abraham Haşmanyan istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Haşmanyanla qarşılıqlı razılaşma əsasında yolların ayrıldığı bildirilib.

Qeyd edək ki, Haşmanyan 2019-cu ilin noyabrından yığmanı çalışdırırdı. Onun bu ilin noyabrına qədər müqaviləsi var idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR