İngiltərə millisinin nümayəndələri Bakıya gəldi

Futbol üzrə İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olublar.

Metbuat.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandanın meneceri Stuart Braun, səyahət meneceri Kelli Braun, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Steve Levisdən ibarət olan nümayəndə heyətinin səfəri hotel və stadionlara baxış məqsədi daşıyıb.

İngiltərə millisinin təmsilçiləri "Hilton" hotelinə, Bakı Olimpiya Stadionuna, "Bakcell Arena"ya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.

Qeyd edək ki, "Avro-2020"nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR