Türkiyə kubokunda 1/4 finalın cavab oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, bu gün “Trabzonspor” 2-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb. İlk oyunda 5 cavabsız qolla qalib gələn qaradənizlilər bu dəfə rəqibini 4:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.

Qeyd edək ki, “Trabzonspor”yarımfinada “Fənərbaxça” ilə qarşılaşacaq.