Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda dəm qazı daha üç nəfərin həyatına son qoyub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 17-də Göygöl rayon sakini Elgün Yusifov və arvadı Nuranə Səfiyeva Sabunçu rayonuтгт Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evdə, yanvarın 16-da Xətai rayonu ərazisində yaşayan Tərlan Mahmudova yaşadığı mənzildə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.