Məzahir Pənahov vətəndaşlara MÜRACİƏT ETDİ: Kimdə videolar varsa, ortaya çıxarsın

Məzahir Pənahov vətəndaşlara MÜRACİƏT ETDİ: Kimdə videolar varsa, ortaya çıxarsın
15:28 15 Fevral 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda sosial şəbəkələrdə olan şikayətlərin araşdırılması prosesi davam edir. Dairə seçki komissiyalarına göndərdiyimiz şikayətlərin 80 faizi təkrar bizim üstümüzə qayıdacaq. Həmin şikayətlər geri qayıdanadək biz sosial şəbəkələrdəki videoların araşdırılması üzərində işi başa çatdırmalıyıq.

Publika.az xəbər verir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, DSK-ların qərarlarından MSK-ya şikayət olunanda sosial şəbəkələrdəki görüntülər MSK-ya çox ciddi şəkildə lazım olacaq: “Bəzi müraciətlərdə ümumi xarakterdən başqa heç bir məna yoxdur. Ona görə də onlara əsasən MSK heç bir qərar qəbul edə bilməz. Bəzi fərdlər əllərində olan videoları hansısa zaman üçün, nəyə görəsə saxlayırlar. Mən KİV vasitəsilə hər kəsə bildirmək istəyirəm ki, kimdəsə nəsə varsa, elə bilməsin ki, onu saxlamağın nəsə bir faydası var. Onları ortaya çıxarsınlar. Çünki sonra bunun hüquqi baxımdan bir faydası olmayacaq. O materialların nəinki vaxtı çatıb, hətta vaxtı keçir. Sosial şəbəkələrə minnətdarıq. Sosial şəbəkələr çox gözəl bir faktor, çox gözəl bir fenomendir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR