Jelko Sopiç: "Adı olub, heç nə etməyən oyunçunu neynirəm?"

Jelko Sopiç: "Adı olub, heç nə etməyən oyunçunu neynirəm?"
20:07 15 Fevral 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

"70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik. Biz "Barselona" deyilik. Bura gələndən 70-75 dəqiqə oynadığımız oyun ən yaxşısı idi. Rəqibin formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Onların ötürmə ilə oynamalarına icazə vermək istəmirdik".
"Report"un məlumatına görə, bunları "Sabah" komandasının baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis hər iki qolda Amadu Diallonun iştirakına diqqət çəkib: "Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər 2 əvəzetmə haqqında bunu deyə bilməzdim. Heyətdə 3 limit var idi. Kim özünü göstərsə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq".
Bəhlul Mustafazadə və Təmkin Xəlilzadənin sarı vərəqə limitini aşmaları səbəbindən oynamadıqlarını deyən Sopiç komandasındakı bütün futbolçuları eyni gözlə gördüyünü bildirib: "Adı olub, heç nə etməyən oyunçunu neynirəm?".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/jelko-sopic-adi-olub-hec-ne-etmeyen-oyuncunu-neynirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR