"7 min məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınacaq”

“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı və Sumqayıt şəhərləri ilə paralel bölgələrdə də yeni qəsəbələr inşa olunacaq”.

Metbuat.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beyləqana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında özəl sektorun böyük köməkliyi var.

Komitə sədri deyib ki, ilin sonuna qədər 7000 ailəlik “Qobu-3” yaşayış kompleksi tikiləcək: “Bu istiqamətdə fəaliyyətimiz başlayıb. Artıq Bakı və Sumqayıt şəhərində tikinti işləri gedir. İnanıram ki, qarşımıza qoyulan tapşırıqlar ilin sonunadək yerinə yetiriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR