Belçikalı deputat: Münhen görüşü bir daha sübut etdi ki...

Belçikalı deputat: Münhen görüşü bir daha sübut etdi ki...
10:18 18 Fevral 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

Qarabağ Azərbycan torpağıdır. Tarixi, hüquqi sənədlər bunu təsdiqləyir.

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib ki, bu sözləri Belçikanın tanınmış türkəsilli millət vəkili, ekspertin dostu Şevket Temiz bildirib.

Publika.az xəbər verir ki, millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin əsaslı faktlarla danışdığını diqqətə çəkib: “Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanı faktlar qarşısında qoydu. Heç kim reallıqdan kənar qaça bilməz. Əsas reallıq budur ki, Ermənistan işğal etdiyi torpaqları tərk etməlidir. Beynəlxalq hüquq bunu tələb edir. Təəssüf ki,Ermənistan buna məhəl qoymur və beynəlxalq qərarları qulaq ardına vurur. Münhen görüşü Ermənistanı beynəlxalq arenada tarixi,hüququ fakt qarşısında qoydu. Deyərdim ki, baş nazir özünü biabır etdi”, -deyə millət vəkili açıqlamasında söyləyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/305307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR