Tbilisidə Xocalı faciəsinin ildönümü ilə bağlı tibbi aksiya keçirildi

Tbilisidə Xocalı faciəsinin ildönümü ilə bağlı tibbi aksiya keçirildi
15:42 18 Fevral 2020
80 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Gürcüstanda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan anım tədbirlərinə başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Tbilsidəki klinikalardan birində ödənişsiz ikigünlük tibbi aksiya təşkil olunub.
Aksiyada sosial təminatsız vətəndaşlar və soydaşlarımız da iştirak ediblər. Onlar ödənişsiz olaraq terapevt, kardioloq, LOR və digər həkimlərin müayinələrindən yararlanıblar. Pasiyentlərə həkim məsləhəti verilib və müalicə təyin edilib.
Qeyd edək ki, Xocalı soyqırımına həsr edilmiş anım mərasimləri Tbilisidən başqa, Gürcüstanın Rustavi şəhəri, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Bolnisi, Kaspi və Laqodexi rayonlarında da keçiriləcək.




Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-xocali-faciesinin-ildonumu-ile-bagli-odenissiz-tibbi-aksiya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR