“Moody's” Çinin iqtisadi artım proqnozunu azaltdı

“Moody's” Çinin iqtisadi artım proqnozunu azaltdı
18:22 18 Fevral 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

“Moody's” beynəlxalq reytinq agentliyi koronavirusun Çin iqtisadiyyatına təsirini nəzərə alaraq bu ölkənin iqtisadi artım proqnozunu azaldıb. 
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 
Məlumata görə, agentlik 2020-ci ildə Çində ÜDM-in 5,2% artacağını gözləyir. Bundan əvvəl isə proqnoz 5,8% idi. 
“Moody's” hesab edir ki, koronavirusun iqtisadiyyata təsiri bir neçə həftə davam edəcək, daha sonra isə tədricən azalacaq. Çinlə yanaşı, digər Asiya-Sakit Okean ölkələrində də iqtisadi artımın zəifləyəcəyi, xüsusilə də ticarət və turizm sektorlarında mənfi tendensiyanın yaşanacağı ehtimal edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/moody-s-cinin-iqtisadi-artim-proqnozunu-azaltdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR