FHN əməkdaşları Bakıda 3 ağırçəkili şəxsə kömək etdi

FHN əməkdaşları Bakıda 3 ağırçəkili şəxsə kömək etdi
15:18 19 Fevral 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər xəstə qadının mənzilinə qaldırılması üçün müraciət daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Bundan başqa Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa köməklik göstərilib.

Daha bir oxşar hadisə Suraxanı rayonunda qeydə alınıb. Ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün FHN-ə müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/305458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR