"Poqba kuboklar qazanacağı kluba getmək istəyir"

"Poqba kuboklar qazanacağı kluba getmək istəyir"
20:37 19 Fevral 2020
264 İdman
Ölkə mətbuatı
A- A+

Pol Poqba mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu barədə onun qardaşı Matyas Poqba açıqlama verib. O deyib ki, Pol Çempionlar Liqasında oynayacağı və kuboklar qazanacağı bir kluba keçmək niyyətindədi:

"Qardaşım növbəti mövsüm "Mançester Yunayted"də olmayacaq. O, Çempionlar Liqasında oynayacağı və titullar qazanacağı bir kluba getmək istəyir".

Poqbanın adı sabiq klubu "Yuventus" və Madrid "Real"ı ilə hallanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/827268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR