“Diamond Princess”də koronavirusdan ilk ölüm faktı qeydə alındı

“Diamond Princess”də koronavirusdan ilk ölüm faktı qeydə alındı
08:12 20 Fevral 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın İokohama şəhərinin limanında karantin üçün saxlanılan “Diamond Princess” səyahət gəmisində koronavirusa yoluxan iki sərnişin dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın İctimai televiziyası məlumat yayıb.
Qeyd olunub ki, ölən şəxslərin 80 yaşı (kişi və qadın – Red) olub.
Onların hansı ölkənin vətəndaşı olması barədə məlumat verilməyib. 
Qeyd edək ki, “Diamond Princess” səyahət gəmisində 621 nəfər koronavirusa yoluxub. Koronavirusun aşkarlanmadığı 500 nəfər gəmidən sahilə çıxarılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/diamond-princess-de-koronavirusdan-ilk-olum-fakti-qeyde-alindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR