Həbsxana işçiləri və yüzlərlə məhbus da koronavirusa yoluxdu

Həbsxana işçiləri və yüzlərlə məhbus da koronavirusa yoluxdu
08:52 21 Fevral 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

Çinin şərqi Şandun əyalətindəki həbsxanalardan birində koronavirusa kütləvi yoluxma aşkarlanıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Məlumata görə, 200 məhbusun və 7 həbsxana nəzarətçisinin virusa yoluxma hadisəsi təsdiqlənib.
Fevralın 20-də yerli hakimiyyət orqanları bildirib ki, Jençen həbsxanasında 2 mindən çox məhbusun və cəzaçəkmə müəssisəsi heyətinin tibbi müayinədən keçirilməsi başa çatıb. Qeyd edilir ki, virusun aşkarlandığı bütün xəstələr hazırda müalicə kursu keçirlər.
Hazırda sanitar xidmətin əməkdaşları və ekspertlər həbsxanada kütləvi yoluxmanın səbəbini müəyyənləşdirməyə çalışır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hebsxana-iscileri-ve-yuzlerle-mehbus-koronavirusa-yoluxdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR