ANS PRESS-in məlumatına görə, mayın 19-da Bakıda baş verən faciə ilə əlaqədar əməkdar artist Murad Dadaşov layihə rəhbəri və aparıcısı olduğu realiti şounun yayımını 3 günlük dayandırmışdı.
Şounun növbəti buraxılışına bu gün saat 22:00-da ANS telekanalında baxa bilərsiniz.
Qeyd edək ki, şou may ayının 9-da "Daha bir nağıl" devizi ilə yayıma başlayıb. Şou 17 nəfrələ başlayıb. Lakin artıq orada 7 nəfər mübarizə aparır. Bunlar əməkdar artist Mehriban Xanlarova, müğənnilər Emil Bədəlov, Xatirə İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.







Mənbə
ANS PRESS