[ 22 May 2015 15:05 ]



Bakı. Ağa Cəfərli - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 22-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinq zamanı hər hansı insident qeydə alınmayıb.