Naxçıvanda faciə: biri azyaşlı olmaqla 3 nəfər öldü

Naxçıvanda faciə: biri azyaşlı olmaqla 3 nəfər öldü
17:17 21 Fevral 2020
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza fevralın 20-də saat 12 radələrində qeydə alınıb. 

Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi "VAZ-21074" və Ə.Məmmədovun idarə etdiyi "QAZel" markalı avtomobillər toqquşub. 

Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR