Yeni təyyarələrin havaya qalxacağı tarix və ordumuza yaradacağı böyük üstünlüklər - DETALLAR AÇILDI

Yeni təyyarələrin havaya qalxacağı tarix və ordumuza yaradacağı böyük üstünlüklər - DETALLAR AÇILDI
17:18 21 Fevral 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

"Xeyli müddət idi ki, Azərbaycanla İtaliya arasında bu məsələ üzrə danışıqlar gedirdi".

Bu sözləri Publika.az-a açıqlamasında iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı imzalanan sənəd barəsində danışan hərbi ekspert Üzeyir Cəfərli deyib.

Ekspert bildirib ki, 2020-ci ilin birinci yarısında Azərbaycan pilotları həmin təyyarələrdən istifadə edəcək: "Hərbi sahədə olan islahatlar təkcə İtaliya ilə məhdudlaşmır. Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemlərinin yenilənməsi, modernləşdirilməsi, o cümlədən yeni tələblərə cavab verən avadanlıqların alınması üçün Azərbaycan bir sıra ölkələrlə danışıqlar aparır. Həmin ölkələr sırasında Fransa, Pakistan da var. "M-346" təyyarələrinin sınaq uçuşlarında nümayəndələrimiz iştirak edərək müsbət rəy verib. Bu təyyarələrin əsas üstünlüklərindən biri də odur ki, onlardan həm döyüş, həm də təlim təyyarəsi kimi istifadə etmək mümkündür. Eyni zamanda müasir döyüş tələblərinə cavab verən texnikadır. Təyyarəni iki pilot idarə edəcək. Manevr imkanları daha genişdir. Digər döyüş təyyarələrindən fərqli olaraq daha qısa məsafədən havaya qalxa bilir. Ən müasir tələblərə cavab verən naviqasiya sistemi ilə təchiz olunub. Düşmənlə hər an başlaya biləcək döyüşdə bu təyyarələr hava üstünlüyümüzü birə on artıracaq səviyyədədir".

Qeyd edək ki, xüsusilə təyyarənin dağ relyefində çevik hərəkət etməsi, 13700 metr yüksəkliyə qalxa bilməsi və 3 ton ağırlığında raket, yaxud bomba daşımaq qabiliyyəti diqqət çəkir. Bu təyyarələr mümkün müharibədə Azərbaycan Ordusuna düşmənin ən iri hərbi obyektlərini 3 tonluq bombalarla darmadağın etmək imkanı verir.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/305679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR