Daha bir məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı

Daha bir məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
20:32 21 Fevral 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Ramin Əbilovun müraciətinə baxılıb.
"Report" xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, namizəd müraciətində səsvermə günü dairə üzrə bir sıra məntəqələrdə seçki pozuntularının olduğunu iddia edib.
Qeyd olunub ki, həmin müraciət əsasında araşdırmalar aparılıb və 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi həqiqətən də müəyyənləşib
Komissiya 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/daha-bir-menteqede-sesvermenin-neticeleri-etibarsiz-sayildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR