Ötən illə müqayisədə Naxçıvanda ət və süd istehsalı artıb

Ötən illə müqayisədə Naxçıvanda ət və süd istehsalı artıb
05:57 22 Fevral 2020
105 Digər
Ölkə mətbuatı
A- A+

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 8,6 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub.
Bu barədə “Report” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 2124,6 ton, süd istehsalı 2045,8 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,7 faiz, süd istehsalı isə 2 faiz artıb.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. 2020-ci ilin yanvar ayında 32,8 milyondan çox ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24,4 milyondan çox ABŞ dolları təşkil edib, 15,2 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/oten-ille-muqayisede-naxcivanda-et-ve-sud-istehsali-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR