“Azərbaycanda yüksək nəticə göstərən müəllimlərlə zəif nəticə göstərən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi işi məktəb direktorları tərəfindən həyata keçiriləcək”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.
Regionlarda çalışan müəllimlərin əmək haqlarının artırılmasına gəlincə, M. Cabbarov bunları bildirib: “Bu iş sistemli şəkildə həyata keçiriləcək. Bölgələrdə sınaq qiymətləndirməsi keçiriləcək. Sınaq qiymətləndirilməsinin keçirilməsinin bir gündə keçirilməsi təbii ki, qeyri-mümkündür”.