"Aliment alanlara uşaq pulu verilməsin"

“Uşaq pulunun verilməməsinə səbəb sosial yardım və bu tip müavinətlərin təyini göstərilir. Amma statistikaya nəzər yetirsək, son illər doğum faizinin aşağı düşməsini nəzərə alıb bu müavinəti təyin etmək barədə yenidən düşünmək olar”.

Bunu Metbuat.az-a iqtisadçı Rauf Qarayev deyib:

“Ölkədə 2022-2023-cü illərdə qeydə alınan doğum faizini müqayisə etsək görərik ki, azalma var. Vəziyyəti nəzarət altına almaq üçün tədbirlər həyata keçirilməlidir. Artıq məcburi köçkünlərimiz də öz yurd-yuvalarına qayıdır. Onlara edilən güzəştlərin ləğv olunması fonunda büdcədə müəyyən qədər artımlar ola bilər”.

İqtisadçı maraqlı bir təklif ilə çıxış edərək qeyd edib ki, uşaq pulu verilən ailələrdə boşanma faktı qeydə alınarsa, bu zaman həmin müavinətin verilməsi dayandırılmalıdır:

“Çünki, bəziləri alimentin yüksək olmasını boşanmalara əsas səbəb kimi görür. Amma uşaq pulu verilərsə, bəzi insanlar o alimenti almaq üçün planlı şəkildə evliliklərini qurub dağıtmazlar. Əgər bu baş verərsə, aliment ödəyicilərinin uşaqlarına uşaq pulu verilməsə, o zaman bir çox ailələrin dağılmasının qarşısını almaq olar”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı