Şabranda yük maşını aşıb, xəsarət alan var -

Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, hadisə Bakı-Quba yolunun rayonun Uzunboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Novruzov Fərman Məhəmmədəli oğlunun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin tibbi yardımdan sonra o, paytaxtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.(apa)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR