Azərbaycan Böyük Dəbilqədə İLK MEDALINI QAZANDI

Azərbaycan Böyük Dəbilqədə İLK MEDALINI QAZANDI
21:18 22 Fevral 2020
278 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.

Publika.az-ın məlumatına görə, rəqib sloveniyalı Martin Hojak olub. Görüşün gedişində Hojakın burnundan bir neçə dəfə qan açılıb. Sona doğru Orucov vaza-ari xalı ilə qələbəyə nail olub.

Bu, Azərbaycanın hazırkı yarışda ilk medalı olub. İlk yarış günündə Orxan Səfərov 66 kq çəkidə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Rüstəm Orucov Böyük Dəbilqədə mübarizəyə 1/32 final mərhələsindən başlayıb. 29 yaşlı idmançı ardıcıl olaraq, ispaniyalı Salvador Cases Roka, ABŞ təmsilçisi Aleksander Törner, misirli Məhəmməd Mohyeldin və monqolustanlı Tsonqbaatar Tsend-Oçirə qalib gəlib. Yarımfinalda isə Orucov cənubi koreyalı An Çanqrimə uduzub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/305785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR