Muraddan həmkarlarına: "Ər tapmağa gəlirlər"

“Kimlərsə şou-biznesə başqa məqsədlərlə gəlir. Bu sahəyə sponsor tapmağa, daha çox qazanmağa və ya ər tapmağa gələn insanlar var. Kiminsə niyyətində yaradıcılıq yoxdursa, o təbii ki, bu sferanı bəyənməyəcək, pisləyəcək”.

Metbuat.az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif “Mtv Azərbaycan”a müsahibəsində deyib. İfaçı bu camiyəni “bataqlıq” adlandıranları qınayıb:

“Bir qızın müsahibəsini oxumuşdum ki, ərə getsəydim, bu bataqlıqdan çıxardım. Bura bataqlıq deyil. Mən buradan tamaşaçılara demək istəyirəm ki, ağlı başında olan, yaradıcılığını sevən insan üçün şou-biznes bataqlıq deyil. Bu şeylər insanın niyyətinə bağlıdır!”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR