“Mən iddialı oyunçuyam və Ronaldunun fanatıyam”

“Mən iddialı oyunçuyam və Ronaldunun fanatıyam”
11:37 23 Fevral 2020
236 İdman
Ölkə mətbuatı
A- A+

Mən Ronaldunun fanatıyam. O, daim izlədiyim oyunçudur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayed"in portuqaliyalı futbolçusu Bruno Fernandeş deyib.

O, "qırmızı şeytanlar"ın sabiq oyunçusu və hazırda "Yuventus"da çıxış edən həmyerlisi Kriştianu Ronaldunun azarkeşi olduğunu bildirib:

"Ronaldu karyerasının əhəmiyyətli hissəsini bu klubda keçirdi. O, böyük uğurlar qazandı. Buna görə mən də "Mançester Yunayed"də oynamaq arzusunda oldum.

Burada olduğum üçün çox xoşbəxtəm. Çünki uşaqlıq arzum gerçəkləşdi. Düşünürəm ki, "Mançester Yunayed" də çıxış edən istənilən futbolçu hər şeyi qazanmaq istəyir.

Komandanın iştirak etdiyi bütün turnirlərdə qalib gəlmək istəyirəm. Mən iddialı bir oyunçuyam".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR