Böyük Dəbilqənin son günündə 5 cüdoçumuz çıxış edəcək

Böyük Dəbilqənin son günündə 5 cüdoçumuz çıxış edəcək
12:57 23 Fevral 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqənin son günündə Azərbaycanın 5 cüdoçusu çıxış edəcək.
"Report"un məlumatına görə, yuxarı çəki dərəcələrində yer alan 4 kişi və 1 qadın tatami ustasının hər biri mübarizəyə 1/16 finaldan başlayacaq.
90 kq-da Məmmədəli Mehdiyevin ilk rəqibi Yesper Smink (Niderland) - Mohab Elnahas (Kanada) cütünün qalibi olacaq.
100 kq-da Elmar Qasımov Niazi Diasamidze (Gürcüstan) - George Kimani (Keniya), Zelim Kotsoyev Tevita Takayava (Fici) - Filipp Qalandi (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Nəhayət 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri Şakarmamad Mirmamadov (Tacikistan) - İvanli Maria (Kurasao) görüşünün qalibini sınağa çəkəcək.
Yeganə qadın cüdoçu (78 kq-dan yuxarı çəkidə) İrina Kindzerskanın bəxtinə isə Qandiimaa Erdenebileq (Monqolustan) düşüb.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk 2 yarış günündə Azərbaycan təmsilçilərindən yalnız Rüstəm Orucov 73 kq çəkidə fəxri kürsüyə yüksələ bilib. O, bürünc medalla kifayətlənib. 66 kq-da Orxan Səfərov isə 7-ci yerlə kifayətlənib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/boyuk-debilqenin-son-gununde-5-cudocumuz-cixis-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR