İrandakı zəlzələ Türkiyədə 7 nəfərin ölümünə səbəb oldu

İrandakı zəlzələ Türkiyədə 7 nəfərin ölümünə səbəb oldu
13:28 23 Fevral 2020
105 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində - Xoy şəhəri yaxınlığında baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntılara və tələfata səbəb olub.

Publika.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirilib ki, sərhədyanı bölgədə yerləşən Türkiyənin Van və Hakkari vilayətlərində köhnə evlər yeraltı titrəyişlər nəticəsində dağılıb. İlkin məlumata görə, Vanda 7 nəfər zəlzələdən sonra dağılan evlərin altında qalaraq ölüb.

Təlafatın artacağı istisna edilmir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/305821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR