Daha 1 məntəqədə seçkinin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Metbuat.az-ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində seçki prosesinin pozulduğu iddia edilib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR