Bu həftə bütün diqqətlər o masada olacaq - Türkiyə-Rusiya müharibəsi...

Bu həftə bütün diqqətlər o masada olacaq - Türkiyə-Rusiya müharibəsi...
09:43 24 Fevral 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın İdlib şəhərində hərbi və siyasi vəziyyətin gərginləşməsi sıx diplomatik görüşlərin keçirilməsini zəruri edib.

Publika.az xəbər verir ki, bu həftə Rusiyadan Türkiyəyə bir nümayəndə heyəti göndəriləcək.

Diplomatik, hərbi və kəşfiyyat rəsmilərindən ibarət heyətin Ankarada Xarici İşlər Nazirliyində türk həmkarları ilə müzakirəsi planlaşdırılır. Daha əvvəl keçirilən 3 görüşdə tərəflər arasında topyekun nəticə əldə olunmamışdı. Ona görə də bu toplantıdan umacaqlar böyükdür.

Rusiya ilə İdlibdə qarşı-qarşıya gəlməyi arzulamayan rəsmi Ankarının prioriteti diplomatik yolla məsələni həll etmək olduğunu bildirən təhlükəsizlik mənbələri hərbi variantın da gündəmdə olduğuna diqqət çəkir. Bu çərçivədə bütün planların hazırlandığını vurğulayan mənbələr Türkiyə Silahlı Qüvvələrinin hərəkətə keçmək üçün hazır olduğunu bildirir.

Bundan başqa, İdlib gündəmli liderlər zirvəsinin keçirilməsi üçün planlaşdırılmalar davam edir. Mart ayının ilk həftəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa lideri Emmanuel Makron ilə İstanbulda 4-lü zirvədə bir araya gəlməsi gözlənilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/305870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR