Dünya çempionumuz 28 yaşında karyerasını başa vurdu

Dünya çempionumuz 28 yaşında karyerasını başa vurdu
19:37 24 Fevral 2020
288 İdman
Ölkə mətbuatı
A- A+

Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə yığma karyerasını bitirib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a 28 yaşlı idmançının özü məlumat verib.

O, qadınlardan ibarət boks millisində böyük məşqçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ən yaxşı dövrünü 2015-ci ildə keçirib.

O, həmin il həm dünya çempionu olub, həm də I Avropa Oyunlarının qızıl medalını qazanıb. Bundan başqa, o, iki dəfə Avropa çempionatının mükafatçısı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR