"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Latviya hərbçiləri bildirib.
"Mayın 22-də Latviyanın su sərhədlərindən, xüsusi iqtisadi zonasından 6 dəniz mili (11,11 km - S.İ.) aralı Rusiya Hərbi Dəniz Donanmasının "Passat 570" tipli kiçik raket gəmisi müşahidə edilib", - Latviya Milli Silahlı Qüvvələrinin rəsmi "twitter" səhifəsində vurğulanıb.
Xəbərə görə, Rusiya Müdafiə Nazirliyi hadisəni hələlik şərh etməyib.