Gəncədə məktəbli qız evdə ölü tapıldı

Gəncə şəhərində yeniyetmə qız dəm qazından boğulub.

Metbuat.az bildirir ki, hadisə Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Rəhimov küçəsi 15-də baş verib. Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü məktəbli Rüstəmova Nisə Arif qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Ailə üzvləri qızın meyitini hamamda aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır. (trend.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR