Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplantısında olublar

Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplantısında olublar
17:32 27 Fevral 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında olublar.
"Report"un məlumatına görə, dörd gün baş tutan beynəlxalq hazırlıq prosesində aparıcı cüdoçular iştirak ediblər.
Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb. 
Ümumilikdə Düsseldorf toplantısında dünyanın 86 ölkəsindən 800-dən çox cüdoçu iştirak edib. 
Qeyd edək ki, cüdoçular mart ayında Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-cudoculari-almaniyada-telim-mesq-toplantisinda-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR